AZ

Azərbaycanda məşhur futbolçu xəstəxanaya yerləşdirildi - Diz qapağından əməliyyat olundu

“Qarabağ”ın sabiq futbolçusu Əfran İsmayılov xəstəxanaya yerləşdirilib.


Manset.az-ın əldə etdiyi məlumata görə, sabiq futbolçu özəl xəstəxanalardan birində diz qapağından əməliyyat edilib. Onun vəziyyəti qənaətbəxşdir.

Qeyd edək ki, 36 yaşlı keçmiş yarımmüdafiəçi uzun müddət "Qarabağ" futbol klubunda çıxış edib, hazırda “Araz Naxçıvan” futbol klubunda məşqçi kimi fəaliyyət göstərir.

Seçilən
32
4
manset.az

5Mənbələr