ain.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
Paytaxtın Xətai rayonu ərazisində yerləşən Ağ Şəhərdə yeni salınmış yolda bir müddətdir təmir-tikinti işləri aparılır.
“Qafqazinfo” xəbər verir ki, Süleyman Vəzirov və Xəqani Rüstəmov küçəsinin kəsişməsindən Babək prospektinədək olan yolda bir neçə aydır nəqliyyatın hərəkəti tam dayandırılıb. Belə ki, kəsişmədəki yol qovşağının Ağ Şəhərin yeni salınmış hissəsinə bardürlər düzülərək hərəkət məhdudlaşdırılıb. Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən ərazidə məlumat lövhəsi yerləşdirilib və təmir-tikinti işlərinin görüldüyü bildirilib.
AAYDA-nın mətbuat katibi Anar Nəcəfli sorğumuza cavab olaraq bildirib ki, yolun bağlanması Ağ Şəhər layihəsindəki tikinti işləri ilə bağlıdır: “Qeyd olunan ərazidə Ağ Şəhər layihəsi çərçivəsində tikinti işləri davam etdirilir. İşlər tam yekunlaşmadığından məhdudiyyətin aradan qaldırılması hələ mümkün deyil. Tikinti başa çatdıqdan sonra məhdudiyyət ləğv ediləcək və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.
Aslan Vəliyev
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.