AZ

Nigeriyada qayıq batıb, 60 nəfər ölüb

Nigeriyada

Nigeriyanın Niger əyalətində qayığın batması nəticəsində azı 60 nəfər ölüb, 10 nəfər yaralanıb.

Səlahiyyətlilər qayığın 100-dən çox sərnişinlə hərəkət etdiyini və hadisənin Malale rayonundakı Tunqan Sule şəhərindən Duqqaya gedərkən baş verdiyini bildirib. Belə ki, qayıq su altında qalmış ağac gövdəsinə çırpılaraq aşıb.

Borqu Yerli Rəhbərlik Bölgəsi sədri Abdullahi Baba Ara, ölənlərin sayının artmaqda davam etdiyini bildirərək "Gəmi qəzasında ölənlərin sayı 60-a yüksəldi. Yaralılardan 10 nəfərin vəziyyəti ağırdır, bir çoxunun axtarışları davam edir" deyə bildirib.

Şaqumi rayon sədri Saadu İnuva Muhammad "Gəmidə 100-dən çox adam var idi. İndiyədək çaydan 31 cəsəd çıxarılıb. Qayıq da xilas edilərək sudan çıxarılıb" qeyd edib.

Səlahiyyətlilər ölənlərin əksəriyyətinin qadın və uşaqlar olduğunu bildirib.

Niger Dövlət Fövqəladə Hallar İdarəsi indiyədək 50 nəfərin xilas edildiyini, 2 nəfərin isə itkin düşdüyünü bildirib.

Dalğıclar və xilasedici qruplar itkin düşənlərin axtarışlarını davam etdirir.

Seçilən
51
xalqcebhesi.az

1Mənbələr