BAKI, 4 sentyabr. TELEQRAF
İtaliya təmsilşisi "Yuventus" türkiyəli futbolçu Kenan Yıldızla müqavilə müddətini uzatmağa yaxındır.
Teleqraf "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, klub 20 yaşlı yarımmüdafiəçi ilə 2030-cu ilin yayına qədər heyətdə saxlamaq istəyir.
Hər iki tərəf müqavilə müddətinin uzadılması üzərində işi davam etdirmək istəyini bildirib. "Yuventus" daha əvvəl İngiltərənin "Çelsi" klubunun təklifini qəbul etməyib.
"Transfermarkt" Kenan Yıldızın dəyərini 50 milyon avro qiymətləndirir.
Qeyd edək ki, türkiyəli futbolçunun müqaviləsinin müddəti 2029-cu ilin yayında bitəcək.2024/2025 mövsümündə meydana çıxdığı 52 oyunda 12 qola, 9 məhsuldar ötürməyə imza atıb.