AZ

Sürücü yaşılda dayanıb qaydalara əməl etdi, sonra qırmızıda keçdi VİDEO

ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda sürücünün kobud qayda pozuntusu avtomobildəki kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə avqustun 6-da, paytaxtın Vaqif prospektində qeydə alınıb.

Belə ki, taksi fəaliyyəti ilə məşğul olan 90-YD-964 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü yolayrıcında sıxlığın yarandığını görərək svetoforun yaşıl işığında dayanıb. Daha sonra qarşıdakı avtomobillərin hərəkət etdiyini görən sürücü svetoforun işığına baxmadan qırmızı işıqda keçib.

Fərid

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
avtosfer.az

1Mənbələr