"Yuventus" futbolçusu Kənan Yıldızla yeni müqavilə imzalamaq niyyətindədir.
90deqiqe.Az-ın "Gazzetta dello Sport"a istinadən məlumatına görə, Turin təmsilçisi türkiyəli futbolçu ilə əməkdaşlığını 2030-cu ilin ortalarına qədər uzatmaq istəyir. Hazırkı müqavilənin müddəti isə 2029-cu ilin iyununda başa çatacaq.
Keçən mövsümdə 20 yaşlı futbolçu "Yuventus"da 52 matçda çıxış edərək, 12 qol vurub və 9 asistlə komandaya töhfə verib. Transfermarkt portalının mütəxəssisləri türk futbolçunun bazar dəyərini 50 milyon avro qiymətləndirirlər.