ABŞ prezidenti Donald Tramp Yeni Dehli Rusiya neftinin alışını azaltmağa razılaşana qədər, komandasının Hindistanla hazırladığı ticarət sazişini təsdiqləməkdən imtina edib.
Publika.az xəbər verir ki, “The Washington Post” bu barədə anonim mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, dövlət katibi Marko Rubio və ABŞ-ın ticarət nümayəndəsi Ceymis Qrir Amerika prezidentinə Hindistandan gələn Amerika mallarına gömrük rüsumlarını əhəmiyyətli dərəcədə azaldacaq yeni saziş təqdim ediblər. Lakin Tramp Rusiyadan karbohidrogen idxalını azaltmaq üçün müvafiq təminatlar almadan sazişi dəstəkləməkdən imtina edib.
Mənbələr qeyd edir ki, Amerika-Hindistan münasibətləri son onilliklərin ən aşağı səviyyəsinə çatıb. Böhran xüsusilə ABŞ ticarət müşaviri Piter Navarronun Hindistanın Rusiya neftini almasına dair mövqeyini tənqid etməsi və Ukraynada hərbi əməliyyatlarda dolayısı ilə iştirakını bildirən bəyanatları ilə daha da dərinləşib.
Məlumata görə, administrasiya rəsmi olaraq Rusiya nefti və ticarət əlaqələri məsələlərinə ayrı-ayrı mövzular kimi baxsa da, Hindistanın atdığı addımlar danışıqlar prosesi üçün əlverişli ab-havanın yaradılmasına töhfə vermir.