AZ

“Yuventus” türk futbolçuya yeni müqavilə təklif edib

ain.az, sport24.az portalına istinadən məlumat verir.

"Yuventus" yarımmüdafiəçi Kənan Yıldızla müqavilənin müddətini uzatmaq istəyir. Sport24.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, "Yuventus" 20 yaşlı türkü 2030-cu ilin yayına qədər komandada saxlamaq niyyətindədir. Futbolçunun mövcud müqaviləsi isə 2029-cu ilin yayında başa çatır.

Bir müddət əvvəl "Yuventus" türk futbolçuya görə "Çelsi"nin təklifini rədd etmişdi.

Qeyd edək ki, yarımmüdafiəçi 2024/25 mövsümündə 52 matçda 12 qol vurub və 9 məhsuldar ötürmə edib. "Transfermarkt" portal  Yıldızın transfer dəyərini 50 milyon avro qiymətləndirir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
28
sport24.az

1Mənbələr