Bu gün - sentyabrın 4-ü Ukraynanın ulduz idmançısı, qılıncoynadan Olqa Harlan 34 yaşını qeyd edir.
Publika.az xəbər verir ki, doğum günü öncəsi idmançı maraqlı etiraf edib. O, uşaqlıq arzusunu sevgilisi Luici Samele ilə birlikdə həyata keçirdiyini bildirib. Məlum olub ki, Harlan Hollivuddakı “Universal Studios”a getməyi arzulayırmış və bu, nəhayət baş tutub.
Bu cütlüyün maraqlı sevgi hekayəsi var. Onlar birlikdə xoşbəxtliyi tapa biliblər. İtalyan idmançı Harlanla ilk dəfə 18 yaşında Fransada keçirilən yarışlarda tanış olub, Olqa o vaxt 15 yaşında imiş. Samele onu görüb və hətta onun gizlicə şəkilini çəkib.
Lakin münasibətləri çox sonra başlayıb. Olqa italiyalı idmançıya diqqətini 2017-ci ildə çəkib, o vaxt hələ Olqa ukraynalı idmançı Dmitri Boyko ilə evli imiş. Amma artıq o vaxtdan qız anlayıb ki, həyat yoldaşı ilə münasibət tükənib və nöqtə qoymaq lazımdır.
Ukraynalı idmançı Luici ilə necə tanış olmasından danışıb:
"Əvvəldən bilirdim ki, Luici Samele adlı italiyalı, yaxşı idmançı, qılıncoynadan və xoşbəxt bir oğlan var. 2017-ci ildə uzun müddət idi ərimi görmürdüm. Dostumla turnirlərə gedirdim, sadəcə izləmək, əylənmək üçün. Mənim o ərəfədə boş vaxtım var idi. Və bəzi yarışlarda Luici ilə söhbət etdik. Sonrakı səhər o hisslə oyanmışdım, maraqlı idi… Aydındır ki, müəyyən bir simpatiya var idi. Başa düşdüm ki, o, çox yaxşı və səmimi insandır və bütün italyanlar kimi deyil. Əvvəlindən onun içində bir fərqlilik gördüm, tipik italiyalı deyildi və bu, mənə çox xoş gəldi. Amma hələ evli olduğum üçün, Luiciyə qarşı hətta simpatiya göstərməyə icazəm yox idi".
Harlanla Dmitri Boyko 2014-cü ildə ailə həyatı qurmuşdu, buna qədər isə münasibətləri 4,5 il davam edib. Amma hər şey yaxşı deyildi, məsafə onların ayrılmasının əsas səbəbi olub. Nikahdan iki il sonra Dmitri ABŞ-a məşqçi işləməyə gedib.
Onların münasibətləri həmçinin 7 ay görüşmədən keçib və Olqa başa düşüb ki, belə davam edə bilməz. Beləcə, 2017-ci ilin dekabrında Nyu-Yorkdakı məşq toplanışı zamanı Harlan boşanmaq qərarına gəlib:
"Artıq keçmiş ərimlə ayrılmaq barədə danışıqlar zaman, Luici fəallaşdı. Buna görə münasibətlərimiz Dmitri ilə danışandan sonra başladı".
İndi Olqa Harlan Luici ilə münasibətdədir və xoşbəxtdir. Maraqlısı odur ki, cütlüyün birlikdə 10 olimpiya medalı var. Samele üçün ən uğurlu Olimpiya Oyunları 2021-ci ildə Tokioda olub. Yaponiya paytaxtındakı yarış Olqa ilə birgə ilk oyunları idi.
Luicinin ailəsi ukraynalını çox səmimi qarşılayıb. Cütlük həmçinin məsafədən yaranan çətin təcrübə yaşayıb; koronavirus pandemiyası səbəbi ilə idmançılar üç ay görüşə bilməyiblər ki, bu, münasibətləri təhlükəyə atıb. Bundan sonra qərar veriblər ki, uzun müddət ayrı qalmayacaqlar.