AZ

ABŞ-nin Bakıdakı səfirliyi istifadə edilmiş avadanlıqlarını hərraca çıxarır

BAKI, 4 sentyabr. TELEQRAF

ABŞ-nin Bakıdakı Səfirliyi istifadə edilmiş kompüter/telekommunikasiya avadanlıqları, ofis mebeli, avtomobil və müxtəlif əşyalar üzrə internet üzərindən (onlayn) hərrac keçirir.

Teleqraf Səfirliyə istinadən xəbər verir ki, hərrac sentyabrın 8-i saat 10:00-dan və sentyabrın 10-u saat 12:00-dək davam edəcək.

Qeyd edək ki, diplomatik korpus digər ölkələrdə olan avadanlıqlarını da hərraca çıxarıb. Şanxayda 11, Tbilisidə 28, Podqoritsa şəhərində 29, Cenevrədə isə 24 lot üzrə mebel, avtomobil və müxtəlif əşyalar hərraca çıxarılıb.

Seçilən
63
teleqraf.com

1Mənbələr