AZ

Miqrant böhranı Avropanı silkələyir: Azərbaycan üçün hansı risklər var?

Avropada uzun illərdir davam edən miqrant böhranı təkcə sosial-iqtisadi deyil, həm də siyasi və təhlükəsizlik ölçüləri ilə diqqət çəkir. Yüksək həyat səviyyəsi və inkişaf etmiş dövlətlərin yaratdığı imkanlar milyonlarla insanı bu ölkələrə yönləndirir. Bununla yanaşı müharibələr, təbii fəlakətlər və digər amillər də miqrasiya axınını gücləndirir. Nəticədə Avropada siyasi mühit dəyişir, radikal qüvvələr daha çox dəstək qazanır və bu, qlobal miqyasda yeni çağırışlar yaradır.

Siyasi analitik İlyas Hüseynov Editor.az-a bildirib ki, Avropada miqrant böhranı uzun müddətdir ki, gündəmdə qalır və artıq tarixi bir prosesə çevrilib:

“İnsanların əsas məqsədi yüksək həyat səviyyəsinə çatmaq və inkişaf etmiş dövlətlərin imtiyazlarından faydalanmaqdır. Bununla yanaşı müharibələr, təbii fəlakətlər və müxtəlif böhranlar da miqrasiyanı sürətləndirir. Məsələn, Suriyada müharibə zamanı milyonlarla insan Türkiyəyə sığındı, daha sonra isə Avropaya miqrasiya axını gücləndi.

Bu vəziyyət Avropa daxilində siyasi gərginliklərə yol açdı. Miqrantlara qarşı sərt mövqe sərgiləyən partiyalar və liderlər nüfuz qazandı. Yerli əhali isə təhlükəsizlik, cinayətkarlıq və terror risklərinin artdığını bildirərək narazılıq ifadə edir. Nəticədə radikal sağ qüvvələrin gücü artdı, millətçi və şovinist siyasi partiyalar seçkilərdə uğur qazanmağa başladılar”.

Onun sözlərinə görə, belə bir şəraitdə Azərbaycanın da regiondakı proseslərdən kənarda qalması mümkün deyil:

“Miqrant axınının təsirləri ölkəmizə də müəyyən risklər yarada bilər. Bu baxımdan Miqrasiya üzrə Dövlət Xidməti və digər aidiyyəti strukturların prosesləri nəzarətdə saxlaması xüsusi əhəmiyyət daşıyır.

//Gülnarə Abasova, Editor.az

 

 

Seçilən
89
editor.az

1Mənbələr