AZ

Pezeşkiandan Əliyevə sual: "Barışdınız?"

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

İran Prezidenti Məsud Pezeşkian Azərbaycan dilində Prezident İlham Əliyevdən soruşur ki, "Barışdınız?".

İlham Əliyev də ona "hə" deyə cavab verir.

Liderlərin Çinə səfəri çərçivəsində baş tutan bu söhbətin görüntüləri sosial mediada yayılıb.

Ethimal olunur ki, Pezeşkian Əliyevin Putinlə barışmasını nəzərdə tutub.

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Video açılmırsa, YouTube kanalımızda izləyin.

Onların bu dialoqundan bir qədər əvvəl Rusiya Prezidenti Vladimir Putinlə İlham Əliyev salamlaşıblar.

Yayılan videoda Putin əvvəlcə Əliyevlə görüşür, sonra isə Mehriban Əliyeva ilə salamlaşır.

Lakin onlar arasında heç bir dialoq olmur.

Onlar Şanxay Əməkdaşlıq Təşkilatının sammitində və İkinci Dünya Müharibəsinin bitməsinin 80 illiyi ilə bağlı Çində səfərdədilər.

Tədbir çərçivəsində Putin və Əliyev arasında rəsmi görüşün olacağı gözlənilsə də, bu baş verməyib.

Bakı və Moskva arasında münasibətlər ötən ilin dekabrında Azərbaycan təyyarəsinin Rusiya səmasında vurulmasından sonra pisləşib və Putin və Əliyev arasında münasibətlər tarixdə ilk dəfə bu qədər soyuyub.

Seçilən
281
bbc.com

1Mənbələr