Bəzi mövsümi giləmeyvələr ürək-damar sistemi üçün faydalıdır, deyə həkim-diyetoloq Qalina Volkova bildirib.
E-saglam.az xəbər verir ki, o, RİA Novosti-yə açıqlamasında qan damarlarını möhkəmləndirən giləmeyvələri sadalayıb.
Onun sözlərinə görə, böyürtkən bu xüsusiyyətə malikdir. Bu giləmeyvə C vitamini və antioksidantlarla zəngindir ki, bu da onu qan damarları üçün faydalı edir. Volkova əlavə edib ki, moruq da çoxlu C vitamini, manqan və liflə zəngindir.
Bundan başqa, diyetoloq qidalanmaya görmə qabiliyyətinə müsbət təsir edən qaragilə və ürək-damar sistemi üçün faydalı olan tünd üzüm əlavə etməyi məsləhət görüb. O, həmçinin yaxşı həzmi təşviq edən və kaliumla maqneziuma zəngin qarpız və qovunu da sağlam giləmeyvə sırasına daxil edib.
Tərcümə: Könül Oruc
E-saglam.az