AZ

"Donbas və Novorossiya Rusiyaya məxsusdur"

"Rusiya Qərbdə dondurulmuş aktivlərinin Ukraynaya verilməsinə cavab olaraq bu dəyərləri torpaq şəklində qaytaracaq".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev deyib.

“Ölkəmizin dəyərləri geri qaytarmağın yalnız bir yolu var - ələ keçiriləni torpaq şəklində qaytarmaq. Yəni Ukrayna torpaqları və bu torpaqlarda yerləşən daşınmaz və daşınan əmlak şəklində. Donbas və Novorossiyanı nəzərdə tutmuram, bu ərazilər onsuz da Rusiyaya məxsusdur", - o bildirib.

Seçilən
137
1
operativmm.az

2Mənbələr