Fransa millisinin sabiq üzvü Kurt Zuma karyerasını Rumıniya çempionatında davam etdirəcək. Msport.az xəbər verir ki, 30 yaşlı müdafiəçi “ÇFR Kluj”a azad agent kimi keçib.
Zumanın “Vest Hem”lə müqaviləsi iyunun 30-da başa çatıb. Fransalı futbolçu “ÇFR Kluj”la 2 illik müqavilə imzalayıb.
Zuma 2014-cü ilin yanvarından 2021-ci ilin avqustuna kimi “Çelsi”yə məxsus olub. O, bu müddət ərzində “Sent Etyen”, “Stok Siti” və “Everton”da icarədə olmağa imkan tapıb.
Fransa millisində 11 oyun keçirmiş müdafiəçi 2021-ci ilin yayında “Vest Hem”lə müqavilə bağlamışdı.
O, ötən mövsümü Səudiyyə Ərəbistanının “Əl Oruba” klubunda icarədə keçirib.