AZ

Məktəbli qız 21 yaşlı oğlanla qəbristanlıqda əlaqədə oldu: “Videonu atana göndərəcəm”

Abşeron rayonunda 2004-cü il təvəllüdlü Seymur sosial şəbəkədə tanış olduğu yetkinlik yaşına çatmayan Xatirə (adlar şərti verilib – red.) ilə intim münasibətdə olub.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, Seymur 2024-cü ildə sosial şəbəkədə tanış olduğu 15 yaşlı qızı Digah qəsəbəsi ərazisində qəbiristanlığa aparıb.

Orada qıza qarşı seksual xarakterli iyrənc hərəkətlər edib.

Bundan başqa Seymur Xatirə ilə vatsapda əlaqə saxlayıb, seksual xarakterli hərəkət etdiyi zaman çəkdiyi videogörüntüləri atasına göndərəcəyini, internet sosial şəbəkəsində paylaşacağı ilə hədələyib. O, rüsvayedici hədəsi ilə zərərçəkmiş şəxsdən 100 manat tələb edib.

İstintaq orqanı tərəfindən Seymurun barəsində Cinayət Məcəlləsinin 152.1 (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) və 182.1-ci (hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) maddələri ilə ittiham elan edilib.

“Görüşməyi təklif etdim”

İş üzrə ifadə verən təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, “İnstaqram” sosial şəbəkəsində qeydiyyatdan keçib:

“Bu zaman “Zema” adlı profil istifadəçisi ilə tanış olmaq istədiyimi bildirdim. Ondan hansı məktəbdə, neçənci sinifdə oxuduğunu soruşdum. Qəsəbədə orta məktəbdə oxuduğunu dedi. Özümü təqdim etdim və ona görüşməyi təklif elədim.

Ünsiyyətimizi davam etdirdim. Təkrar Xatirəyə görüşmək istədiyimi bildirəndə hər ikimizin razılığı ilə görüşü planlaşdırdıq. O təklif etdi ki, məktəbin həyətində görüşək. Dedim, orada adam çox olur, qəbiristanlığın ərazisinə gedək”.

“Seksual hərəkətlər etdim”

Təqsirləndirilən şəxs qeyd edib ki, saat 14 radələrində məktəbin qarşısında Xatirəni gözləyib: “O məktəbdən çıxanda əvvəlcədən razılaşdığımız kimi mən qəbiristanlığa tərəf getdim. Qız da arxamca gəldi.

Qəbrisitanlıqda ağaclıq olan hasarın yanında qarşılaşdıq. Bir gədər söhbət etdikdən sonra öpüşməyə başladıq. Ona qarşı seksual hərəkətlər etdim. Qızı yerdə daşın üstündə oturtdum və intim hərəkətlər etməsini istədim. Onunla bir dəfə qeyri-təbii yolla cinsi əlaqədə oldum. Başqa seksual xarakterli hərəkətlər də etdim. Bunları mobil telefonuma çəkərək yaddaşda saxladım”.

“Görüşmək istəməyəndə videogörüntünü göndərdim”

Seymurun ifadəsinə görə, axşam saatlarında Xatirə ilə əlaqə saxlayan zaman ondan 20 manat borc istəyib:

“Qız dedi ki, atamdan alsam, sənə 20 manat verərəm. Növbəti gün yenidən İnstaqramda ünsiyyət saxlayanda mobil nömrəsini istədim. Əvvəlcə nömrəsini vermək istəmədi. Dedim ki, nömrəni verməsən, sinif yoldaşlarından tapa bilərəm. Ondan mobil nömrəsini aldım.

Vatsapda yazdım, görüşmək istədiyimi dedim. O isə vaxtı olmadığını və görüşmək istəmədiyini bildirdi. Belədə qeyri-təbii yolla cinsi əlaqədə olan zaman çəkdiyim görüntünü ona göndərdim. Dedim, əgər mənimlə görüşməsən, görüntünü atanın telefonuna göndərəcəm”.

“Mən qızdan pul tələb etməmişəm”

Seçilən
108
3
publika.az

4Mənbələr