AZ

Kredit depozit faiz fərqinin böyüklüyü bank sektorunda rəqabət zəif və maliyyə resursları bahalı olur

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda milli valyutadakı kreditlərlə depozitlər arasındakı marja (faiz fərqi) ilin əvvəli ilə müqayisədə xeyli yüksəlib. Azərbaycan Mərkəzi Bankının açıqladığı məlumatlar göstərir ki, orta kredit və depozit faizləri arasındakı fərq ilin əvvəlindəki 5,91 faizdən iyul ayının sonuna 6.25 faiz bəndinə yüksəlib.Depozit və kredit faizləri arasında fərq niyə böyükdür? Başqa ölkələrdə bu fərq necədir?

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, faktiki olaraq 2025-ci ilin əvvəlində marja 5,91% olub, indi isə 6,25%-ə çatıb. Yəni 0.34% artım qeydə alınıb. Bunun səbəbi bank sektorunda rəqabət məhduddur - bankların sayı azdır, iri bankların bazar payı isə çoxdur. Depozit faizləri nisbətən aşağı saxlanılır, çünki əhalidə alternativ investisiya alətləri azdır (birja, fond bazarı zəifdir), ümid yalnız banklardır. Əsasən həmin dəpozitlərdən formalaşan kredit faizləri isə risklərin yüksək olması, problemli kreditlərin artması və bankların gəlirlilik tələbi ilə yüksəlir.

Akif Nəsirli

“AMB-nin uçot dərəcəsi (pul siyasəti aləti) də bankları müəyyən qədər kredit faizlərini yuxarı saxlamağa sövq edir”-deyən iqtisadçı qeyd edib ki, inkişaf etmiş ölkələrdə (ABŞ, Avrozonada) kredit-depozit marjası adətən 23% civarındadır. Türkiyə, Rusiya kimi inkişaf etməkdə olan bazarlarda marja 4–6% aralığında dəyişir. Azərbaycanda isə bu fərq daha yuxarıdır (6%+), bu da maliyyə sektorunun hələ də “bahalı maliyyələşmə” ilə işlədiyini göstərir.

“Nəticədə problemli kreditlərin artımı iqtisadiyyatda gəlir-borc balansının pozulduğunu göstərir. Kredit-depozit faiz fərqinin böyük qalması isə bank sektorunda rəqabətin zəif, maliyyə resurslarının bahalı olduğunu göstərir. Yəni həm borc artımı, həm də faiz marjası - iqtisadiyyatın “büdrəməsi” deyil, amma maliyyə dayanıqlığı üçün xəbərdarlıq siqnalıdır”-deyə Akif Nəsirli bildirib.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
80
bizimyol.info

1Mənbələr