AZ

Hacıqabulda narkotiklərin satışını təşkil edən şəxs saxlanılıb

Bakı. Trend:

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilənəməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəlibilinən əvvəllər məhkum olunmuş Şahin Rüstəmli saxlanılıb.

DİN-nin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilənməlumata görə, ondan ümumi çəkisi 2 kiloqram 500 qram heroin vəmarixuana aşkarlanıb.

Ş.Rüstəmli narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğuşəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satmaq məqsədiilə əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsindəhəbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Seçilən
24
15
az.trend.az

10Mənbələr