NASA astronavtların Marsa göndərilməsi üçün vaxt çərçivəsini açıqlayıb
Ajans.az xəbər verir ki,bu barədə NASA-nın direktor vəzifəsini icra edən Şon Daffi Fox News-a verdiyi müsahibədə məlumat verib. “Biz ilkin mərhələdə Ayda baza qurmaq üçün ora faydalı yüklər göndərməyə başlamaq niyyətindəyik. Daha sonra isə 2030-cu illərin əvvəllərində təxminən səkkiz ay davam edəcək Mars missiyasına başlamağı planlaşdırırıq,” – deyə Şon Daffi bildirib. NASArəhbərininsözlərinə görə, Marsmissiyasınahazırlıq çərçivəsində ilkciddiaddım 2026-cı ilinaprelində atılacaq. Həmin vaxt dörd astronavtı daşıyan Amerika kosmik gəmisi Ay ətrafında orbitə çıxacaq. “Sonra biz Aya enəcək və orada 8–12 gün qalacağıq,” – deyə Daffi əlavə edib. May ayında SpaceNews xəbər vermişdi ki, "Lockheed Martin" şirkəti NASA-nın sifarişi ilə hazırlanmış Orion kosmik gəmisini dörd astronavtın Ay ətrafında 10 günlük uçuş həyata keçirəcəyi Artemis II missiyası üçün rəsmi olaraq təhvil verib. Həmçinin, Ars Technica mart ayında yazmışdı ki, NASA Artemis II missiyasını işə salmaq üçün son hazırlıq mərhələsindədir. Bu missiya NASA-nın uzunmüddətli Ay proqramının – və gələcəkdə Mars missiyasının – vacib hissəsi hesab olunur. NASA-nın planlarına görə, Marsa göndəriləcək astronavtlar səkkiz aylıq missiya çərçivəsində bu planetdə ilk insan izini qoyacaq. Marsa insanlı uçuş bəşəriyyətin kosmos tədqiqatlarında yeni səhifə açacaq və bu missiya gələcəkdə digər planetlərə də insan göndərilməsinin əsasını qoya bilər.