AZ

Xaçmazda kişi qızının sevgilisinin boğazını kəsdi

Xaçmazda kişi qızının sevgilisinə xəsarət yetirib.

 

Hadisə şəhər ərazisində baş verib.

 

Xaçmaz şəhər sakini, 1968-ci il təvəllüdlü Mail Qurbanov Quba rayon sakini 1980-ci il təvəllüdlü Taleh Niftəliyevi döyüb. O, daha sonra stolun üzərindəki külqabını qıraraq onun şüşəsi ilə T.Niftəliyevin boğazını kəsib.

 

Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıb və orada əməliyyat olunub.

 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən M.Qurbanov saxlanılıb./Oxu.az

Tarix: 4 Sentyabr 2025, 14:50   
Seçilən
147
2
pravda.az

5Mənbələr