AZ

Yaponiya millisinin üzvü "Milan"ın radarında

"Arsenal"la müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verən Takehiro Tomiyasu karyerasını İtaliyada davam etdirə bilər.

Apasport.az xəbər verir ki, 26 yaşlı sağ cinah müdafiəçisi ilə "Milan" yaxından maraqlanır.

Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

İddialara görə, rossonyerilər azad agent statusunda olan oyunçu ilə danışıqlara başlayıb.

Qeyd edək ki, Yaponiya millisinin üzvü olan Tomiyasu ötən mövsüm "Arsenal"ın heyətində 1 rəsmi matçda iştirak edib.

Premyer Liqada həftənin oyunçusu bəlli olub

"Beşiktaş"ın maraqlandığı forvard "Seltik"də

"Fənər"in müdafiəçisi Rusiya yolunda

“Qalatasaray” Barışı buraxmaq istəmir - 5 milyon təklif edildi

"Beşiktaş"ın sabiq üzvü "Feyenoord"da - RƏSMİ

Seçilən
173
1
apasport.az

2Mənbələr