"Yuventus" yarımmüdafiəçi Kenan Yıldızla müqaviləni uzatmaq üzərində işləyir.
Publika.az xəbər verir ki, bunun baş tutma ehtimalı yüksəkdir. Bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.
Mənbənin yazdığına görə, Turin klubu 20 yaşlı türk futbolçunu 2030-cu ilin yayına qədər saxlamaq niyyətindədir. Onun hazırkı müqaviləsi 2029-cu ilin 30 iyununa qədər qüvvədədir. Həm klub, həm də oyunçu əməkdaşlığın davam etməsində maraqlı olduqlarını bildiriblər.
Qeyd edək ki, "Yuventus" futbolçu ilə maraqlanan "Çelsi"nin transfer təklifini rədd edib.