AZ

ICPC Dünya Finalı Azərbaycanda IT sənayesinin inkişafına töhfə verəcək - Fariz İsmayılzadə

Bakı. Trend:

Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin(ICPC) 49-cu Dünya Finalı Azərbaycanda IT sənayesinin inkişafınatöhfə verəcək.

Trend xəbərverir ki, bunu millət vəkili, ADA Universitetinin prorektoru Farizİsmayılzadə ICPC Dünya Finalı 2025-ə həsr olunmuş mətbuatkonfransında bildirib.

Onun sözlərinə görə, ICPC Dünya Finalı 2025-nin Bakıdakeçirilməsi Azərbaycana çox böyük fayda verəcək:

"Bu müsabiqə həm IT sənayesinin inkişafına, həm də təhsilininkişafına töhfə verəcək. Burada bizim azərbaycanlı tələbələriştirak edir, Azərbaycan şirkətləri təşkilatçılarla, sponsorlarlaünsiyyət yaradır, əlaqələr qururlar".

O vurğulayıb ki, bu müsabiqə sayəsində Azərbaycanın IT sahəsisürətlə inkişaf edəcək.

"Həmçinin, ABŞ, Avropa, Asiyanın top universitetlərinşagirdləri, tələbələri Azərbaycana gəliblər və ölkəmizlə tanışolurlar. Gələcəkdə onlar aparıcı vəzifələrdə çalışacaqlar vəonların Azərbaycanı, ölkəmizin potensialını görməsi bizim ölkəmizinhəm təşviqinə, həm də IT əlaqələrinin qurulmasına imkan yaradır", -deyə F.İsmayılzadə fikrini tamamlayıb.

Seçilən
13
1
az.trend.az

2Mənbələr