AZ

Bakı metrosu avqustda 15 milyondan çox sərnişinə xidmət edib

 Bu ilin avqust ayında "Bakı Metropoliteni" QSC 15 milyondan çox sərnişinə xidmət göstərib.

Missiya.Az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, ay üzrə ən çox sərnişin 27 avqustda daşınıb – 574 249 nəfər. Avqustun 3-ü isə 334 073 sərnişinlə ən sakit gün olub.

Ötən ay "Bakı Metropoliteni"nin ən çox "Koroğlu" (1 487 517), "20 Yanvar" (1 230 711) və "28 May" (1 216 263) stansiyalarından istifadə edilib.

Seçilən
13
5
missiya.az

6Mənbələr