AZ

Xarici işlər naziri həbs olunmayıb?

Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayeva baş nazirin müavini və xarici işlər naziri Murat Nurtleu və bir sıra digər şəxslərin saxlanılması ilə bağlı xəbərlər fonunda jurnalistlərə müraciət edib.

Publika.az xəbər verir ki, media daha əvvəl Nurtleu, iş adamı Hacı Hacıyev və KNB-nin yüksək rütbəli əməkdaşlarının saxlanması barədə məlumat vermişdi. Lakin rəsmi mənbələr bu məlumatı təkzib ediblər.

Balayeva bu cür xəbərləri təsdiqlənməmiş adlandırıb və belə materialların dərcinin zərər verə biləcəyini vurğulayıb.

Publika.az

Seçilən
47
publika.az

1Mənbələr