AZ

Avropa Rusiyanın bu şəhəri ələ keçirməsini istəmir

BAKI, 4 sentyabr. TELEQRAF

Avropada Rusiyanın Ukraynaya mümkün yeni hücumu ilə bağlı narahatlıqlar artır.

Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Mənbənin məlumatına görə, Almaniya və Fransanın yüksək rütbəli rəsmiləri Tulonda keçirilən toplantıda Rusiyanın Ukraynanın Donetsk vilayətinin Pokrovsk şəhəriyaxınlığında qüvvələrinin sayını artırmasını müzakirə ediblər.

Nəşr bildirib ki, Pokrovskun Rusiyanın nəzarətinə keçməsi strateji əhəmiyyətli Kramatorsk və Slavyansk şəhərlərinə yol aça bilər. Bunun hərbi əməliyyatlar üçün ciddi dönüş nöqtəsi ola biləcəyi düşünülür.

Ukrayna Prezidenti Volodimir Zelenski bundan əvvəl Donbasdan çəkilmək niyyətində olmadıqlarını bəyan edib: “Biz heç bir şəraitdə heç bir ərazini verə bilmərik”.

Seçilən
86
teleqraf.com

1Mənbələr