AZ

Qazaxıstanın xarici işlər nazirinin saxlanılması ilə bağlı məlumat təkzib edildi

Qazaxıstanın Dezinformasiya ilə Mübarizə Mərkəzi Qazaxıstanın Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleunun saxlanılması barədə məlumatı təkzib edib.

Bu barədə News24.az qurumun sosial şəbəkələrdəki məlumatına istinadən xəbər verir.

"Qazaxıstan Respublikası Prezidenti yanında Mərkəzi Kommunikasiyalar Xidmətinin Dezinformasiya ilə Mübarizə Mərkəzi bildirir ki, Gülnar Bajkenovaya məxsus resurslarda ("Orda" və "Bajkenova vs.") Qazaxıstan Respublikasının xarici işlər naziri Murat Nurtleu və iş adamı Hacı Hacıyevin guya saxlanılması barədə yayılan məlumat həqiqətə uyğun deyil", - məlumatda qeyd olunub.

Qeyd edək ki, daha əvvəl bir sıra Qazaxıstan KİV-i xarici işlər nazirinin, bəzi digər yüksək vəzifəli məmurların və iş adamı Hacı Hacıyevin guya saxlanılması barədə məlumat yaymışdı.

Seçilən
201
news24.az

1Mənbələr