AZ

"Maybo" şirkətinin xalis mənfəəti kəskin artıb

Sınaq və ölçmə cihazlarının satışı, kalibrləmə və təmir xidmətləri göstərən "Maybo" МMС 2024-cü ili 2 milyon 429 min manat xalis mənfəət ilə bağlayıb. Şirkət 2023-cü ili 1 milyon 360 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Maybo" şirkətinin xalis mənfəəti 2024-cü ildə 2023-cü illə müqayisədə 1 milyon 69 min manat və ya 78,6% artıb. 

Marja.az "Maybo" МMС-nin 31 dekabr 2024-cü il tarixində bitən il üzrə konsolidasiya edilmiş maliyyə hesabatlarına istinadən xəbər verir ki, Şirkətin satışdan gəlirləri 2023-cü ildə 10 milyon 596 min manat ikən, 2024-cü ildə 13 milyon 342 min manat təşkil edib (2 milyon 746 min manat və ya 26% artıb).

Qeyd edək ki, "Maybo" МMС 2011-ci ildə Midhət Qurbanəlivev tərəfindən yaradılmışdır. Şirkətin əsas məqsədi Azərbaycanda əlaqəli şirkətlərə bütün sınaq və ölçmə sahələri üçün həllər təqdim etməkdir.

Maybo MMC sınaq cihazları ölçmə cihazları kalibrləmə xidməti təmir xidməti maliyyə nəticələri xalis mənfəət satış gəlirləri 2024 2023 786% artım 26% artım konsolidasiya olunmuş maliyyə hesabatı Midhət Qurbanəliyev Azərbaycan şirkəti
Seçilən
101
1
marja.az

2Mənbələr