Yeni araşdırmaya görə, smartfonunu tualetdə istifadə edənlərdə hemoroid riski 46 faiz yüksəkdir.
E-saglam.az xəbər verir ki, səbəb uzun müddət oturaraq düz bağırsaqdakı damarların gərginləşməsi ilə izah olunur.
ABŞ-də 125 nəfər arasında keçirilən sorğuda iştirakçıların 93 faizi həftədə ən az bir dəfə telefonu tualetdə istifadə etdiyini, onların 40 faizindən çoxunda isə hemoroid aşkarlanıb. Əksəriyyət tualetdə xəbər, sosial media və ya mesajlarla məşğul olduğunu etiraf edib.
Həkimlər xəbərdarlıq edirlər ki, tualetdə çox oturmaq qan damarlarını zəiflədir, bu isə hemoroidə səbəb ola bilər. Mütəxəssislərin məsləhəti: tualetdə 10 dəqiqədən çox qalmayın və telefonu vanna otağından kənarda saxlayın.
Tərcümə: Könül Oruc
E-saglam.az