Xaçmazda dəhşətli cinayət hadisəsi yaşanıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Xaçmaz şəhər sakini, 1968-ci il təvəllüdlü Mail Qurbanov Quba rayon sakini 1980-ci il təvəllüdlü Taleh Niftəliyevi döyüb. O, daha sonra stolun üzərindəki külqabını qıraraq onun şüşəsi ilə T.Niftəliyevin boğazını kəsib.
Məlumata görə Taleh Niftəliyev Mail Qurbanovun qızı ilə qeyri-rəsmi münasibətdə olub.
Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıb və orada əməliyyat olunub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən M.Qurbanov saxlanılıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta