AZ

Qazaxıstan hökuməti XİN rəhbərinin saxlanılması ilə bağlı şayiələri təkzib edib

Bakı. Trend:

Qazaxıstan hökuməti ölkənin baş nazir müavini – xarici işlərnaziri Murat Nurtleunun saxlanılması ilə bağlı yayılan şayiələrinhəqiqətə uyğun olmadığını bəyan edib.

Trend-in xəbərinəgörə, bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayelaçıqlama verib.

“Qazaxıstan Respublikasının xarici işlər nazirinin saxlanılmasıilə bağlı xəbər feykdir. Dezinformasiya tullantılarına etibaretməməyiniz rica olunur”, - deyə diplomat bildirib.

Bundan əvvəl Qazaxıstan KİV-də ölkənin XİN rəhbəri MuratNurtleu, biznesmen Hacı Hacıyev və xüsusi xidmət orqanlarının birneçə yüksək vəzifəli əməkdaşlarının saxlanılması ilə bağlı xəbəryayılmışdı. Sonradan mədəniyyət və informasiya naziri Aida Balayevavə Qazaxıstan prezidenti yanında Mərkəzi KommunikasiyalarXidmətinin Dezinformasiyaya qarşı Mübarizə Mərkəzi rəsmən buməlumatları təkzib etmişdi.

Məqalədə:
Seçilən
189
1
az.trend.az

2Mənbələr