Cəbhə xətti boyunca hərbi əməliyyatların dondurulması müharibənin başa çatması üçün ssenarilərdən biri hesab olunur.
Publika.az xəbər verir ki, bunu Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixaylo Podolyak deyib.
"Əgər real danışsaq, bəli, mümkün ssenarilərdən biri cəbhə xətti boyunca dondurulmadır. Prezident isə bu barədə danışır. Amma hesab edirəm ki, yekun ssenari ilə bağlı qərarı prezident verəcək".
Onun sözlərinə görə, Ukrayna prezidenti Vladimir Zelenski və Avropa liderləri səviyyəsində məsləhətləşmələr hələ də davam edir.