AZ

Azərbaycan badmintonçuları tarixdə ilk dəfə 6 idmançı ilə dünya “Top-100”lüyündə yer aldı

Dünya Badminton Federasiyasının (BWF) açıqladığı yeni reytinq siyahısında Azərbaycanım 6 badmintonçusu 4 kateqoriya üzrə dünyanın 100 ən yaxşıları sırasıında yer alıb.

Operativ Media xəbər verir ki, Tokio və Paris olimpiadasının iştirakçısı Edi Reski Dviçayo kişilərin şəxsi yarışında 78-cidir. Paris olimpiadasında ən gənc badmintonçu olan Keişa Fatimə Zəhra isə qadınların şəxsi kateqoriyasında 57-ci sırada yer alıb.

Kişilərin qoşa yarışında Aqil Qəbilov-Diki Pangestu tandemi reytinqdə 78-ci, Cahid Əlhəsənov-Həcər Nuriyeva cütü isə sıralamada 92-ci pillədə qərarlaşıb. Qeyd edək ki, Azərbaycan badmintonu tarixində ilk dünya tarixində 4 kateqoriya üzrə idmançılarımız yer alır. 

Daha 2 badmintonçumuz yeniyetmələrin reytinqində ilk 100-lükdə yer alır. 

Ülvi Hüseynov yeniyetmə oğlanların şəxsi kateqoriyasında dünya üzrə reytinq sıralamasında 28-ci, Həcər Nuriyeva isə qızların şəxsi kateqoriyasında 53-cü sıradadır.

Seçilən
41
14
operativmedia.az

10Mənbələr