AZ

BƏƏ ilə iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi müzakirə olunub

Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşdə birgə layihələr, qarşılıqlı investisiyalar və tərəfdaşlığın inkişaf perspektivləri dəyərləndirilib.

Yenisabah.az xəbər verir ki, İqtisadiyyat naziri Mikayıl Cabbarov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabirlə onlayn formatda görüşüb.

Görüşdə vurğulanıb ki, ölkələrimiz arasında uğurlu tərəfdaşlıq münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Qeyd olunub ki, bu ilin iyulunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin BƏƏ-yə işgüzar səfəri çərçivəsində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi” ticarətin asanlaşdırılmasında, iqtisadi əməkdaşlığın gücləndirilməsində mühüm rol oynayacaq.  Toyuqlu pizza

Tərəflər həyata keçirilən birgə layihələr, energetika üzrə tərəfdaşlıq, qarşılıqlı sərmayə qoyuluşu və əməkdaşlığın inkişaf perspektivləri haqqında müzakirələr aparıblar.


Telegram kanalımız
Seçilən
9
9
yenisabah.az

10Mənbələr