AZ

Fransa “Google” və “Shein”i 475 milyon avro cərimələdi

Fransanın məlumat qoruyucusu CNİL “Google” və Çinin onlayn satış şirkəti olan “Shein”i ümumilikdə 475 milyon avro (940 640 000 manat) cərimə edib.

Xarici KİV xəbər verir ki, buna səbəb kimi həmin şirkətlərin ölkə daxili qanunları pozmaları göstərilib.

Açıqlamaya görə, “Google” istifadəçilərinin razılığı olmadan “Gmail”də reklam göstərilməsi, həmçinin icazəsiz kukilərin (gizli məlumatların yığıldığı fayl) yerləşdirilməsi səbəbindən 325 milyon avro cərimələnib. Qeyd olunub ki, “Gmail”də təxminən 53 milyon insana qanunsuz olaraq reklamlar göstərilib.

Bildirilib ki, “Shein”ə də bu səbəbdən 150 milyon avro cərimə kəsilib.

Hesab olunur ki, şirkətlərin kukiləri yerləşdirmə səbəbi böyük texnologiya şirkətlərinin istifadəçilərini onlayn izləməkdir.

“Google” sözçüsü bildirib ki, şirkət qərarı yenidən nəzərdən keçirir. “Shein” isə hökmü qəbul etmədiyini və apellyasiya şikayəti verəcəyini açıqlayıb.

Xatırladaq ki, ötən günlərdə ABŞ Prezident Donald Tramp ABŞ texnologiyalarına qarşı “ayrı-seçkilik edən” ölkələri tariflərlə hədələyib və bu səbəbdən “Google”un cərimələnməsi onu qəzəbləndirə bilər.

 

Mənbə:Qafqazinfo

Seçilən
29
banker.az

1Mənbələr