Ermənistan hökuməti bu gün keçirdiyi iclasda sıravi, gizir və zabit heyəti üçün təlim-məşq toplanışlarının keçirilməsi barədə qərar qəbul edib.
Missiya.Az xəbər verir ki, bu barədə "Newsam" məlumat yayıb.
Sentyabrın 23-dən noyabrın 28-dək keçiriləcək təlim-məşq toplanışı hərbçilərin hərbi vərdişlərinin artırılması, peşə hazırlığı və yenidən hazırlanması məqsədi ilə elan edilir.
Hər bir vətəndaş 25 təqvim günündən çox olmayan müddətə təlim-məşq toplanışlarına cəlb olunacaq.
Nurlana ƏhmədovaMissiya.Az