Avropa Parlamentində (AP) Sosialistlərin və Demokratların Mütərəqqi Alyansı Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi təklif edib.
Publika.az xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, səsvermə oktyabrda keçirilə bilər və bunun üçün cəmi 26 imza toplamaq lazımdır.
Müəlliflər bildiriblər ki, parlamentdə istiqlalçı deputatlar, eləcə də digər partiyaların narazı üzvləri iştirak edərsə, buna nail olmaq olar.