AZ

“Google” məxfiliyin pozulmasına görə 425,7 milyon dollar ödəyəcək


San-Fransiskoda (Kaliforniya ştatı) məhkəmə ABŞ-nin “Google” korporasiyasının istifadəçilərin məxfilik hüquqlarının pozulması ilə bağlı ümumi məhkəmə iddiası üzrə 425,7 milyon dollar ödəməsi barədə hökm verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumata görə, iddia 2020-ci ildə qaldırılıb. İttiham tərəfinin sözlərinə görə, 2016-cı ildən başlayaraq, “Google”, cihaz parametrlərində “Veb və Tətbiq Tarixçəsi” seçimi deaktiv edilsə belə, üçüncü tərəf proqramlarından istifadəçi məlumatlarını toplayıb.
Münsiflər heyəti korporasiyanı istifadəçilərin məxfiliyini pozmaqda təqsirli bilib, lakin kompüter fırıldaqçılığı və sui-istifadə aktını pozmaq ittihamlarını rədd edib.
Münsiflər heyəti istifadəçilərə dəymiş ziyanı 425,7 milyon dollar qiymətləndirib. Halbuki, bu, iddiaçıların istədikləri 31 milyard dollardan çox azdır.
Seçilən
7
1
yeniavaz.com

2Mənbələr