Bloger Hüseyn Həsənovun Rusiyadakı son şirkəti ləğv edilib.
Vətəninfo.az xəbər verir ki, bu barədə “SHOT” telegram kanalı məlumat yayıb.
Məlumatda bildirilir ki, söhbət şəxsi inkişaf kurslarının satışı üçün yaradılmış “Banda” MMC şirkətindən gedir. Aparılan audit zamanı şirkətin hüquqi ünvanı və rəhbərliyi barədə qeyri-dəqiq, saxta məlumatların olduğu aşkarlanıb. Hazırda şirkətin hesabları bloklanıb.
Avqustun əvvəlində isə Federal Vergi Xidməti Həsənovun “Banda Foods” şirkətini bağlayıb. Şirkətin fəaliyyəti gəlirsiz olub və borcların məbləği təxminən 800 min rubl təşkil edib.
Bundan başqa, blogerin kurslarına qarşı 2,6 milyon rubldan çox məbləğdə məhkəmə iddiası qaldırılıb. Hüseyn Həsənov isə məhkəmədən az öncə təsisçiləri tərk edib.
Xatırladaq ki, mayın 14-də bloger xüsusilə böyük miqyasda pul vəsaitlərinin leqallaşdırılması və yuyulması ilə bağlı axtarışa verilib və qiyabi həbs edilib. Hüseyn Həsənovu 7 ilə qədər həbs gözləyir.