Dünyanın bütün ölkələrini səyahət edən məşhur bloqer Drew Binsky ən pis təəssürat yaradan şəhərin Somalinin paytaxtı Moqadişu olduğunu bildirib.
QHT.az xəbər verir ki, onun sözlərinə görə, şəhərdə qayda-qanun yoxdur, küçələrdə isə təhlükəsizlik yalnız silahlı əsgərlərin müşayiəti ilə mümkündür. Binsky əlavə edib ki, Moqadişuda “Əş-Şəbab” qruplaşmasının hücumları, terror riski, adam oğurluğu və silahlı soyğunçuluq halları çox yüksəkdir. Onun “ən xoşagəlməz” şəhərlər siyahısında həmçinin Qvineyanın Konakrisi, Əfqanıstanın Qəndəharı, Haitinin paytaxtı Port-au-Prins və Liviyanın Tripolisi də var.
Bloqer bu şəhərləri “qarışıqlıq”, “xaos” və “daimi gərginlik” sözləri ilə xarakterizə edib.
R.İmanov