Sentyabr ayı bəzi bürclər üçün həyatlarının ən yaddaqalan və xoşbəxt dönəmi olacaq.
Publika.az xəbər verir ki, ulduzlar göstərir ki, bu ay bəzi insanların həyatında sevgi münasibətləri rəsmiləşəcək, toy və nişan xəbərləri gündəmə gələcək.
**Qoç** - Bu bürc altında doğulanlar üçün sentyabr yeni başlanğıclar ayıdır. Sevgi münasibətləri möhkəmlənəcək, gözlənilməz sürprizlərlə qarşılaşacaqlar. Çox güman ki, uzun müddətdir davam edən münasibətlər rəsmiyyət qazanacaq.
**Xərçəng** - Romantik enerjinin ən çox hiss olunacağı bürclərdən biridir. Ailələr arası razılıqlar əldə ediləcək, toy və nişan xəbəri sevənlərini sevindirəcək.
**Tərəzi** - Sevgi planeti Venera bu bürcə dəstək verir. Tərəzilər üçün ciddi addım atmaq, münasibəti rəsmiləşdirmək üçün ideal zamandır.