AZ

İran Avstraliya ilə diplomatik əlaqələri azaldır

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib ki, İran Avstraliyanın Tehrandakı səfirini ölkədən çıxaracaq və Kanberra ilə diplomatik əlaqələrin səviyyəsini aşağı salacaq.

Bu barədə Editor.az “Tasnim” agentliyinə istinadən məlumat yayıb.

“Diplomatik qanunun müddəalarına uyğun olaraq Avstraliyanın hərəkətlərinə cavab olaraq İran İslam Respublikası Avstraliyanın İrandakı diplomatik mövcudluğunu qarşılıqlı şəkildə azaldıb. Avstraliya səfiri İrandan çıxarılıb”, – Bəqai deyib.

Avqustun 26-da bildirilib ki, Avstraliya Təhlükəsizlik Kəşfiyyat Agentliyi (ASIO) İran İslam İnqilabı Keşikçiləri Korpusu ilə 2024-cü ildə Sidneyin Bondi rayonundakı Lewis Continental Kitchen yəhudi restoranı və Melburndakı Adass İsrail sinaqoqunun yandırılması hücumları arasında əlaqəni müəyyən edib.

//Gülnarə Abasova, Editor.az

Seçilən
155
1
editor.az

2Mənbələr