AZ

Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 2,2 min nəfəri keçib - Yenilənib

Əfqanıstanda dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 2 205 nəfərə çatıb...

"Report"un məlumatına görə, bu barədə "Taliban" hərəkatının mətbuat katibinin müavini Həmdulla Fitrat "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Məlumata görə, təbii fəlakət nəticəsində azı 3 640 nəfər xəsarət alıb.

"Ölənlərin sayı 2 205-ə, yaralıların sayı isə 3 640-a çatıb", - H.Fitrat yazıb.

Xatırladaq ki, avqustun 31-i gecə saatlarında Əfqanıstanın Cəlalabad şəhəri yaxınlığında 6,0 maqnitudalı zəlzələ baş verib.

***

Əfqanıstanda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1825 nəfərə çatıb.

APA bu barədə xarici mətbuata istinadən xəbər verir.

Zəlzələdə itkin düşmüş şəxslərin axtarışı davam edir.

Poliqon.info

Seçilən
76
6
poliqon.info

10Mənbələr