AZ

Ukrayna tezliklə yerli istehsal olan ballistik raketlər ala bilər

Ukrayna tezliklə öz istehsalı olan iki yeni ballistik raket ala bilər.

Herbiand.az bildirir ki, bu barədə “Military” məlumat yayıb.

Nəşr “Flamingo” qanadlı raketi ilə tanınan Ukraynanın Fire Point şirkətinin nümayəndəsinin bəyanatına istinad edir. Belə ki, Polşada keçirilən beynəlxalq MSPO sərgisi zamanı şirkət öz ixtirası olan iki yeni ballistik raketin - FP-7 və FP-9-un texniki xarakteristikalarını təqdim edib.

FP-7-nin 200 km-ə qədər məsafə qət edəcəyi gözlənilir. Onun məqsədi orta məsafələrdəki hədəflərin operativ şəkildə məhv edilməsidir. Döyüş başlığının kütləsi 150 kq olacaq. FP-7 raketi yer platformasından buraxılacaq.

FP-9 raketinə gəlincə, o, düşmən xəttinin dərinliklərindəki hədəfləri vurmaq üçün nəzərdə tutulmuş daha güclü silah kimi nəzərdə tutulub. Uçuş məsafəsi 2200 m/s sürətlə 855 km-ə qədər olacaq. Maksimal uçuş hündürlüyü 70 km-ə qədərdir. Döyüş başlığının çəkisi isə 800 kq-dır.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
81
herbiand.az

1Mənbələr