AZ

Kukla Teatrı Qazaxıstanda beynəlxalq festivalda iştirak edəcək

BAKI, 4 sentyabr. TELEQRAF

Kukla Teatrı dost Qazaxıstan Respublikasında keçiriləcək beynəlxalq teatr festivalında iştirak edəcək.

Bu barədə Teleqraf-a Kukla Teatrından məlumat verilib.

“NOMAD PUPPET” adlı I Beynəlxalq Kukla Teatrları Festivalı 9-14 sentyabr tarixlərində Qazaxıstan Respublikasının Manqistau vilayətinin Aktau şəhərində olacaq.

Bildirilib ki, Kukla Teatrı festivalda “Yalquzaq” tamaşası ilə çıxış edəcək.

Yazıçı-dramaturq Məhbubə Hacıyevanın “Yalquzaq və Simurq quşunun nağılı” hekayəsi əsasında hazırlanan birhissəli uşaq tamaşanın səhnələşdirəni və quruluşçu rejissoru Anaxanım Abdullayeva, quruluşçu rəssamı İqbal Əliyev, musiqi tərtibatçısı Əməkdar artist Vüqar Camalzadə, qum rəssamı Lalə Hüseynzadədir.

Modern üslubda hazırlanan tamaşanın səhnə tərtibatında qum üzərində təsvirlər ön plana çıxır. Beləcə parket kuklalar (biri canlı plan olmaqla) və iri monitor vasitəsilə qum üzərində rəsmlərin sintezində vizual həllə nail olunub.

Tamaşa düşmənlər tərəfindən yandırılaraq məhv edilmiş türk qəbiləsindən təsadüfən sağ qalmış azyaşlının qurdlar tərəfindən xilas olunması və böyüdülməsi hekayəsi üzərində qurulub.

Səhnə əsərində rolları Rəhim Rəhimov (Ata qurd), Ramiz Qəmbərov (Yalquzaq), Səbinə Məmmədova (Ana Qurd), Könül Nəsibova (Simurq quşu), Araz Həsənli (Baybora, Bala qurd) və Yasin Abbasov (Bala qurd) ifa edirlər.

Seçilən
83
teleqraf.com

1Mənbələr