AZ

Azercell Bərdədə yaşlılar üçün kibertəhlükəsizlik təlimi keçdi (FOTO)

Bakı. Trend:

Azercell rəqəmsal təhlükəsizliyin gücləndirilməsi və əhalininmaarifləndirilməsi sahəsində təşəbbüslərini davam etdirir.Kibercinayətkarların hədəfində daha çox yaşlı nəslinnümayəndələrinin olduğunu nəzərə alan şirkət bu dəfə Bərdəşəhərində yerləşən Qarabağ Regional DOST Mərkəzində yaşlılar üçünxüsusi təlim təşkil edib.

Azercell-in İnformasiya Təhlükəsizliyi departamentininmütəxəssisləri tərəfindən keçirilən təlimdə iştirakçılarakiberdələduzluq, fişinq hücumları və digər kiberrisklər barədəətraflı məlumat təqdim olunub. Təlimdə kiberdələduzların istifadəetdiyi üsullar, aktual kiberhücum trendləri və onlardan qorunmayolları izah edilib. Tədbir interaktiv sual-cavab sessiyası və realnümunələr üzərində müzakirələrlə davam edib.

Xatırladaq ki, Azercell müxtəlif yaş qrupları üçün rəqəmsaltəhlükəsizlik biliklərinin artırılması istiqamətində silsiləlayihələr həyata keçirir. Şirkət daha öncə sosial xidmətmüəssisələrinin sakinləri üçün xüsusi maarifləndirici tədbir təşkiledib, cari ilin ilk yarısında isə “Məktəblilər üçünKibermaarifləndirmə Proqramı” çərçivəsində 7 regionda 350-ə yaxınməktəblini kibertəhlükəsizlik sahəsində məlumatlandırıb.

Azercell
Azercell
Azercell
Azercell
Azercell
Azercell
Azercell
Azercell
Seçilən
162
11
az.trend.az

10Mənbələr