AZ

İsrail SOCAR-ın qaz kəşfiyyatı işlərində iştirakını genişləndirəcəyinə ümid edir - Səfir Ronen Kraus (ÖZƏL)

Bakı. Trend:

İsrail Azərbaycan Dövlət Neft Şitkətinin (SOCAR) qaz kəşfiyyatıişlərində iştirakını genişləndirəcəyinə ümid edirik.

Bunu Trend-ə özəlmüsahibəsində İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətlisəfiri Ronen Kraus deyib.

O qeyd edib ki, enerji iki ölkə arasındakı münasibətlərdə çoxvacib yer tutur.

“Uzun illərdir ki, İsrail Azərbaycandan böyük həcmlərdə neftalır. Biz bu sahədə İsraillə Azərbaycan arasında əməkdaşlığın davametdirilməsini yüksək qiymətləndiririk. Düşünürəm ki, bu, mütləqgələcəkdə də davam edəcək, belə ki, bu, hər iki ölkənin maraqlarınacavab verir”, - deyə səfir qeyd edib.

Kraus 2025-ci ilin əvvəlində SOCAR-ın “Tamar” yatağında 10faizlik pay alması ilə İsrailin qaz bazarına çıxışını yüksəkqiymətləndirib və bildirib ki, bu SOCAR-ın Azərbaycan hüdudlarındankənarda bağladığı ilk belə sövdələşmə olub.

“Biz məhz İsrailin bu istiqamətdə ilk ölkə olduğu ilə böyükqürur duyuruq. Biz, həmçinin, SOCAR-ın qaz kəşfiyyatındaiştirakının daha da genişlənəcəyinə ümid edirik. Şirkət Aralıqdənizinin şimal hissəsində qaz sahəsində geoloji-kəşfiyyatişlərinin aparılması üçün keçirilən tenderdə də qalib gəlib.Ümidvarıq bu layihə uğurlu olacaq və enerji sahəsində əməkdaşlığıngenişlənməsinə gətirib çıxaracaq”, - o əlavə edib.

Müsahibənin tam versiyası sabah dərc olunacaq.

Məqalədə:
Seçilən
64
2
az.trend.az

3Mənbələr