AZ

İspaniyanın baş naziri Ukrayna sammitinə qatılmayıb

Ajans.az xəbər verir ki,bu barədə “El Pais” qəzeti məlumat yayıb. Məlumata görə, Sançes Parisə uçuş zamanı yaranan nasazlıq səbəbindən təyyarə Madridə qayıtmağa məcbur olub. Baş nazir sammitdə videobağlantı vasitəsilə iştirak edəcək. Qeyd olunur ki, İspaniya dövlət başçısı, baş nazir və nazirlər üçün istifadə olunan təyyarələrin texniki vəziyyəti köhnəlmiş hesab edilir və nasazlıqların tez-tez baş verməsi ilə bağlı narahatlıqlar var. Təmirin yüksək xərcləri və siyasi fikir ayrılıqları səbəbindən bu məsələ uzun müddətdir təxirə salınır.

Xatırladaq ki, Pedro Sançes bundan əvvəl Avropa İttifaqını Ukrayna və Qəzzadakı münaqişələrə yanaşmada ikili standartlar tətbiq etməkdə ittiham etmişdi. O, Aİ-nin İsrailin hərbi əməliyyatlarına reaksiyasını 21-ci əsrdə beynəlxalq münasibətlərin “ən qaranlıq səhifələrindən biri” adlandırmışdı.

Seçilən
76
Ajans.az

1Mənbələr