Bakı. Trend:
Naməlum şəxslər Fransanın Limoj kommunasında yerləşən AdrianDyubuşe adına Milli Farfor Muzeyini qarət ediblər.
Trend bu barədəFransa KİV-ə istinadən xəbər verir.
Oğrular sentyabrın 4-nə keçən gecə muzeyə daxil olaraq ümumidəyəri ən azı 9,5 milyon avro olan eksponatları aparıblar.
Məlumata görə, həmin eksponatlar bir zəngin kolleksiyaçıyaməxsus olub və Çin farforuna həsr olunmuş müvəqqəti sərgidə nümayişetdirilirdi. Muzeyə naməlum şəxslərin qanunsuz olaraq daxilolmaları barədə gecə saatlarında xəbər tutulub. İşçilərpəncərələrdə şübhəli izlər görüblər.
Hazırda insidentlə bağlı istintaq aparılır. Mütəxəssislər dəymişziyanı qiymətləndirməyə davam edirlər.