AZ

Qazaxıstan DTK yüksək rütbəli əməkdaşlarının saxlanılması xəbərini təkzib etdi

BAKI, 4 sentyabr. TELEQRAF

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi (DTK) yüksək rütbəli əməkdaşlarının saxlanması ilə bağlı xəbərləri təkzib edib.

Teleqraf xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Milli Təhlükəsizlik Komitəsi bildirib ki, bu məlumat həqiqətə uyğun deyil:

“Nəzərinizə çatdırırıq ki, bilərəkdən yalan məlumatın yayılması cinayət məsuliyyətinə səbəb olur”.

Bundan əvvəl Qazaxıstanın “Orda” nəşri hüquq-mühafizə orqanlarındakı mənbələrinə istinadən xəbər vermişdi ki, sentyabrın 4-də baş nazirin müavini və xarici işlər naziri Murat Nurtleu, iş adamı Hacı Hacıyev və Milli Təhlükəsizlik Komitəsinin bir sıra yüksək rütbəli əməkdaşları saxlanılıb.

Sonradan bu məlumatı Qazaxıstan Dezinformasiyaya qarşı Mübarizə Mərkəzi və Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov təkzib ediblər.

Seçilən
78
teleqraf.com

1Mənbələr